Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İrəvanda Ermənistanın "Ararat" və Gürcüstanın "Saburtalo" klubları arasında görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, Gürcüstan təmsilçisi oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Maraqlı olan isə budur ki, gürcülərin formasının üzərində sponsor olan "SOCAR"ın emblem və loqosu var. Bu səbəbdən ermənilər bu görüşü birbaşa televiziya vasitəsilə yayımlamaqdan imtina ediblər. Matç "Youtube" vasitəsilə tamaşaçılara təqdim edilub.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti ("SOCAR") "Saburtalo" klubunun rəsmi sponsorudur.