"Bizi çox ağır oyun gözləyir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Tula "Arsenal"ı ilə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Sabahkı matçla bağlı danışan yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib:

"Oyuna çox ciddi hazırlaşmışıq. Baş məşqçi tapşırıqlarını verib. İnşallah, buna əməl edib, qələbə qazanarıq. Komandada hər şey çox yaxşıdır. Hamımız sabahkı görüşü səbirsizliklə gözləyirik".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Arsenal" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Komandalar arasında Tulada keçirilən ilk matçda təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.