Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Sperantsa" (Moldova) - "Neftçi" matçının vaxtı məlum olub.

Offsideplus.az xəbər verir ki, iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandaların cavab oyunu bir həftə sonra Bakıda reallaşacaq. 

Cütün qalibi II təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.