"Çelsi”nin sahibi Roman Abramoviç Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələcək.

Offsideplus.az "The Sun”a istinadən xəbər verir ki,viza problemi səbəbindən "Çelsi"nin Londondakı son ev matçlarını tribunadan izləyə bilməyən rusiyalı milyarder İsrail vətəndaşlığı alıb. Abramoviçin Azərbaycan səfərində məqsəd həm "Çelsi”yə dəstək olmaq, həm də kluba sadiqliyini ictimaiyyətə nümayiş etdirmək istəyidi.

Qeyd edək ki, Abramoviç 2003-cü ildə "Çelsi"ni 140 milyon dollara alıb.