UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq ən yaxşı seçilib. O, səsvermədə komanda yoldaşı Aleksandr Lyakazett, "Çelsi"nin futbolçuları Ruben Loftus-Çik və Kepa Arrisabalaqanı qabaqlayıb.

Qeyd edək ki, Obameyanq "Ayntraxt"a 4:2 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb.