Fransada narkotik alverçisi maraqlı üsula əl atıb.
Offsideplus.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, marixuananı üzərində Kriştiano Ronaldonun şəkili olan paketlərdə satmağa çalışıb. Ancaq hadisədən vaxtında xəbər tutan Marsel polisi şübhəli şəxsi yaxalayıb.
Ondan ümumi çəkisi 517 qram olan 5 paket marixuana götürülüb.