Ötən gün Avropa və Konfrans Liqasının 2-ci təsnifat oyunları davam etdi.
Offsideplus.az xəbər verir ki, komandalarımızın potensial rəqibləri də oynayıb.
AL-də Maldova təmsilçisi "Şerif" gözlənilmədən doğma azarkeşləri önündə Tel Əviv "Makkabi"sinə 0:5 hesabı ilə darmadağın olub. Qeyd edək ki, "Qarabağ" mərhələni adlayacağı təqdirdə bu cütün qalibi ilə görüşəcək.
ÇSKA səfərindən əliboş dönsə, "Dinamo" (Kiyev) - PAOK cütünün məğlubu ilə qarşılaşacaq. Ötən gün kiyevlilər doğma azarkeşləri önündə 2:3 məğlub olub.
"Zirə"nin potensial rəqiblərinin görüşündə də ev sahibi komanda məğlub olub. "Santa Kaloma" "Rapid"dən 3 top buraxıb, cəmi 1 qol vura bilib.
Qeyd edək ki, cavab qarşılaşmaları 1 həftə sonra keçiriləcək.


