"Rəqibimizin hazırlıq üçün bizdən bir gün çox vaxtı olmuşdu. Mobil və yüksək sürətli komanda ilə oyun çətin keçdi. Bizdə bəzi şeylər alınır, bəzi epizodlarda üstünlük öz tərəfimizdə idi".
Offsideplus.az-ın məlumatına görə, bunu "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko evdə Donetsk "Şaxtyor"una 0:2 hesabı ilə uduzduqları Ukrayna Premyer Liqasının XV tur matçından sonra deyib. 43 yaşlı mütəxəssis "Qarabağ" və "Şaxtyor"la qarşılaşmalardan dərs çıxarmalarının gərəkliyini söyləyib: "Bugünkü və ya "Qarabağ"la görüşlər nəyin üzərində işləməli olduğumuzu göstərir. Qarşımıza ciddi məqsədlər qoyuruqsa, 2-3 mövqeni gücləndirməliyik. Hazırda yığmaların oyunları ilə əlaqədar fasilədir. Bu, bizim üçün hava damcısı kimidir. Yenidən yüklənməyimiz tələb olunur".
Qeyd edək ki, "Vorskla" "Şaxtyor"dan əvvəl noyabrın 8-də Avropa Liqasının IV tur matçında "Qarabağ"a uduzub - 0:1. (report)