Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa Çempionatının 1/4 final mərhələsində (1:2) Niderlanda məğlub olduqları matçı şərh edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis sona qədər mübarizə apardıqlarını bildirib:
"Niderlandla matçda sona qədər mübarizə apardıq. Alınmadı. Çempionat ərzində yaxşı çıxış etdik. Gənc və istedadlı oyunçularımız var və onlar sona qədər döyüşdülər. Qitə turnirindən sonra Türkiyə haqda daha çox müsbət fikirlər səslənəcək".
Qeyd edək ki, turnirin yarımfinalında Niderland İngiltərəni, Fransa isə İspaniyanı sınağa çəkəcək.