Ukrayna millisinin və "Jirona"nın yarımmüdafiəçisi Viktor Tsıqankov Avropa çempionatındakı uğursuz nəticədən sonra həyat yoldaşı tərəfindən cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, həyat yoldaşı Tsıqankovu döşəmə yumağa məcbur edib. O, bu görüntüləri sosial media hesabında paylaşıb. 

Ukrayna millisi qitə çempionatında Rumınya, Belçika və Slovakiya ilə eyni qrupda mübarizə aparıb və 4 xalla sonuncu olub.

Məlik Məlikov