Avropa Çempionatında qrup mərhələsinin oyunları davam edir.

Futbol azarkeşləri qitənin ən yaxşı komandalarının oyunlarından zövq alırlar. Görəsən, turnir bitəndən sonra Premyer Liqada çıxış edən komandalar AÇ-də çıxış edəm ölkələrdən oyunçular transfer edə bilərlər? Yoxsa, çempionatdan sonra həmin oyunçuların qiymətləri qalxacaq və bu, mümkün olmayacaq? Suallarımızı tanınmış agent Emil Şükürova ünvanladıq. Menecer məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Hazırkı AÇ ən baxımlı turnirlərdən biridir. Top komandaların oyunçularını çıxsaq, bəzi ortabab və autsayder komandaların futbolçuları "Qarabağ", "Neftçi , "Sabah" kimi klublarımız büdcələrinə uyğun ola bilər. Lakin hazırkı turnirdən sonra oyunçu almaq maliyyə baxımından sərf etməz. Çünki ən azından qiymətlərində 10-20% yüksəlmə olacaq".