18 iyunda Gürcüstanla qarşılaşacaq Türkiyə millisinin mətbuata açıq məşqi baş tutub.

Offsideplus.az xəbər verir ki, məşqdə 2 futbolçu iştirak etməyib. İrfan Can Kahvecinin müalicəsi davam edir. İsmail Yüksek isə ehtiyat tədbiri görülərək məşqə buraxılmayıb.

Qeyd edək ki, Türkiyə - Gürcüstan oyunu 18 iyun Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.