Azərbaycanın FİFA referisi Əliyar Ağayev U-21 yığmaların Avropa çempionatının növbəti oyununa təyinat alıb.

Offsideplus.az xəbər verir ki, Ağayev C qrupunun sonuncu turunun İngiltərə – Almaniya matçını idarə edəcək. 

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək olacaq. 

Görüş iyunun 28-də “Batumi Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.