21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı davam edir.

 Offsideplus.az xəbər verir ki, ötən gün C qrupunda 2-ci tur çərçivəsində Çexiya və Almaniya komandaları qarşılaşıb. Görüş 2:1 hesabıyla birincilərin qələbəsi ilə yekunlaşıb. 

Matçı idarə edən hakimlər arasında azərbaycanlı FİFA referisi Əliyar Ağayev də olub. O, 4-cü hakim vəzifəsini yerinə yetirib. 

Qeyd edək ki, bu nəticədən sonra Çexiya 3 xalla qrupda 2-ci, Almaniya və İsrail milliləri 1 xalla 3 və 4-cü, İngiltərə komandası isə 6 xalla ilk pillədə qərarlaşıb.