Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyunu baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland yığmalarının matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edəcək. Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.