21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları azərbaycanlı hakimlərə tapşırılıb.
Offsideplus.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli UEFA-dan təyinat alıblar.
Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final mərhələsi 21 iyun - 9 iyul tarixləri arasında keçiriləcək.