FIFA referisi Elçin Məsiyev daha bir beynəlxalq təyinat alıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsində təşkil olunan oyunlarda iştirak edən Elçin Məsiyev ¼ final mərhələsinin oyununu idarə edəcək.
E.Məsiyev mayın 27-də AÇ-nın ¼ final mərhələsində keçiriləcək Polşa - Serbiya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər. Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.