Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final matçını idarə edəcək. 

Offsideplus.az xəbər verir ki, o, mayın 17-də keçiriləcək Şotlandiya - Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may-2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.