Avro-2024-ün seçmə mərhələsinin Ermənistan – Türkiyə oyununun hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Xose Mariya Sançes olacaq. Ona Raul Kabanero və İniqro Prieto kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mario Melero Lopes yerinə yetirəcək.
Xatırladaq ki, martın 25-də Yerevanda keçiriləcək oyun saat 21:00-da başlayacaq.