UEFA azərbaycanlı hakim Əliyar Ağayevi AVRO-2024-ün seçmə mərhələsi matçına təyin edib. 

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi G qrupunun Bolqarıstan – Monteneqro matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də saat 21:00-da baş tutacaq.