Azərbaycanın FIFA referisi Elçin Məsiyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatı matçını idarə edəcək.
Offsideplus.az xəbər verir ki, o, 6-cı qrupun İsrail - Polşa matçının baş hakimi olacaq. Məsiyevə Pərvin Talıbov və ingiltərəli Daniel Robathan laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.
Qeyd edək ki, matç martın 22-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.