Avro-2020-nin A qrupunun Bakıda keçirilən İsveçrə - Türkiyə matçının ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakiri bu ada layiq görülüb.
29 yaşlı futbolçu 3:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edib. O, görüşün 26 və 68-ci dəqiqələrində fərqlənib.