UEFA-nın Avropa çempionatının təxirə salınmasına görə itirdiyi məbləğ açıqlanıb.
Offsideplus.az xəbər verir ki, ESPN qurumun 300 milyon avro itki ilə üzləşdiyini yazıb. Avropa çempionatındakı 2.1 milyardlıq gəlir bu məbləği konpensasiya edəcək.
AVRO-2020 ləğv olunsa, itirilən məbləğ 400 milyon avro olacaqdı və həmin itkiləri heç nə ilə bağlamaq mümkün olmayacaqdı.
Qeyd edək ki, UEFA koronavirus pandemiyasına görə yarışın 2021-ci ilin 11 iyun - 11 iyul tarixlərində keçirilməsinə qərar verib. Turnirin qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.