Türkiyənin "Beşiktaş" klubu 8 üzvünün koronavirusa yoluxmasından sonra məşqləri ləğv edib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlıq prosesini qeyri-müəyyən müddətədək dayandırıb. "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebi də koronavirusa yoluxub.
Bir həftə ərzində futbolçular, texniki heyət və komanda üzvləri yenidən koronavirus testindən keçəcək.
İlk testdən sonra 1 məşqçi və 1 futbolçuda virus tapılmışdı.
Qeyd edək ki, Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.