Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir.
Onların arasında Azərbaycan millisinin üzvləri də var.
Bu gün körpücük üzərinə Ömər Cavadov çıxıb. O, 73 kq çəki dərəcəsində yarışıb. Atletimiz birdən qaldırma hərəkətində 145 kq-ın öhdəsindən gələ bilməyib və yarışı nəticəsiz başa vurub.