Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova Çinin Çenqdu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında daha bir medal sahibi olub.

Offsideplus.az xəbər verir ki, o, gürzlər ilə hərəkətlərin icrasında 2-ci yeri tutub və gümüş medala yiyələnib.

Xatırladaq ki, gimnastımız bundan öncə halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanmışdı.