Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

Offsideplus.az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu dəfə körpücük üzərinə İsa Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz toplam 218 kq (101+117) nəticə göstərib. İsa yekun sıralamada 5-ci pillədə qərarlaşıb.