III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatı ikinci günündə üç təkanla tullanma yarışı davam edir. 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Yekaterina Sarıyeva uğurlu 13.38 metr göstərici ilə bütün rəqiblərini geridə qoyaraq III divizionun qalibi olub.

Digər idmançılarımızın nəticələri:
Uzunluğa tullanma-Kəsgin Abbaszadə. 7.12 metr. 8-ci yer
Lövhə atma- İsmayıl Əliyev. 44.83 metr. 10-cu yer
1500 metr məsafəyə qaçış- Elman Abışov. 4.18.19. 11-ci yer 
800 metr məsafəyə qaçış- Anna Yusupova. 2.17.33. 10-cu yer
400 metr məsafəyə sədlərlə qaçış - Cavid Məmmədov. 55.76. 6-cı yer
Estafet 4x100 metr. Aleksey Əliəkbərov ,Əli Abdiyev ,Qadir Qurbanov, Kəsgin Abbaszadə . 42.63. 7-ci yer