Atletimiz Anna Skidan beynəlxalq yarışda uğurlu çıxışla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, Estoniyanın Jıhvi şəhərində Dünya Kontinental Turu- Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında çəkic atma növündəki təmsilçimiz 68.67 metr göstəriciyə nail olub.
Bu nəticə ilə yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalan Anna Skidan 2-ci yeri tutub.