Slovakiyanın Koşiçe şəhərində Dünya Kontinental Turu – Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Nazim Babayev uğurlu nəticəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, atletimiz uzunluğa tullanma üzrə yarışda 7.80 m-lik göstəriciyə imza atıb.

Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev 2-ci yeri tutub.