Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk günü başa çatıb.
Offsideplus.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.
Oğlanlar arasında körpücük üzərinə ilk olaraq çəkisi 49 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş, 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüblər.