Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandanın üzvü Ömər Bozbaxov İsveçrə Qran Prisində gümüş medal qazanıb.

Offsideplus.az xəbər verir ki, qazimiz Notvil şəhərində keçirilən Qran Pridə nüvə itələmə üzrə 11.96 metr nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Bununla idmançımız iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazandı.