Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı davam edir.

 Offsideplus.az xəbər verir ki, Türkiyənin daha bir idmançısı fəxri kürsüyə qalxıb.

Belə ki, Muammer Şahin 112 kiloqramı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yarışda 40 ölkədən ümumilikdə 318 idmançı iştirak edir.