Türkiyə təmsilçisinin qələbəsilə İrəvanda İstiqlal Marşı səslənib. 

Offsideplus.az xəbər verir ki, qadınlar arasında 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Cansu Bektaş birdən qaldırmada 72 kiloqramlıq nəticə ilə yeniyetmələr arasında Avropa rekordunu qıraraq qızıl medal qazanıb.

 Cansu medalını azərbaycanlı atletlərə həsr etdiyini açıqlayıb:

“Çox xoşbəxtik. Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik. Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun. Sizi çox sevirik, hər zaman yanınızdayıq”.