İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq, bayrağımızın yandırılmasının qəbuledilməz olduğunu və millimizin bu yarışdan imtina etdiyini bildirib.

 Bəyanatda deyilir:

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”.

Komandamız üçün İrəvan-Antalya reysinə biletlər bron edilib. Saat 02:55-də komandamızın üzvləri Antalyaya, oradan da Bakıya uçmalı idilər. Ermənilər “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmayıblar".