Aprelin 15-də Ermənistanın paytaxtı İrəvanda Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli ağır atletika üzrə Avropa çempionatı start götürəcək.

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər. Onlar qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlüdür (102 kq).

Qeyd edək ki, turnir 23 aprelədək davam edəcək.