Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 141 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyində bürünc medal əldə edib.
Toplam 261 kq (120+141) nəticə göstərən Tehran Məmmədov yekun sıralamada gümüş medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatı 25 oktyabr tarixinə qədər davam edəcək.