Gənclər arası ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb.
Offsideplus.az Azərbaycan Ağır Atletika Federasiyasının sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, buna Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun şəhid olması səbəb olub.
Yarışın nə vaxt və harada təşkil olunacağı hələlik bəlli deyil.
Qeyd edək ki, 20 və 23 yaşadək gənclər arasıda Azərbaycan birinciliyinin keçirilməsi 15-16 sentyabr tarixləri üçün nəzərdə tutulmuşdu.