Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabova karyerasını başa vurmasının səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı idmançı ağır zədə aldığı üçün bu qərarı verib. O, məşqçi olaraq karyerasını davam etdirəcək.
Azərbaycan Qış İdmanı Növləri Federasiyası Yekaterina Ryabovanı 14 yaşlı Səbinə Əliyevanın əvəzlədiyini qeyd edib.