Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş fiqurlu konkisürən Yekaterina Ryabova karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. 19 yaşlı idmançı qərarının səbəbini açıqlamayıb:
"İdmançı karyeramı bitirdim. Üzərimdə əməyi olanlara təşəkkür edirəm".
Qeyd edək ki, Yekaterina Ryabova 2019-cu ilin yanvarından Azərbaycan yığmasının heyətinə daxil edilib.