10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov birdən qaldırmada 126 kq, təkanla qaldırmada 158 kq-ın öhdəsindən gəlib. Toplam 284 kq (126+158) nəticə göstərən Alməmmədov bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu nəticə (284 kq) yeniyetmələr arasında yeni Avropa rekordudur