Macarıstanda bədii gimnastika üzrə keçirilən ənənəvi “Gracia Fair Cup” beynəlxalq turnirində Azərbaycan yığması ilk mükafatını qazanıb.

Offsideplus.az xəbər verir ki, böyüklər arasında fərdi növdə çıxış edən İlona Zeynalova çoxnövçülük proqramında qızıl medala yiyələnib.

Millimizin digər üzvləri yarışda çıxışlarını davam etdirirlər.