Bədii gimnastika üzrə  yığmamızın Bolqarıstanın Varna şəhərindəki Avropa çempionatı üçün heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yarışda ölkəni 7 idmançı təmsil edəcək.

Fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova çıxış edəcək. Qrup hərəkətləri komandasının tərkibində isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.

Qeyd edək ki, Avropa çempionatı 9 - 13 iyunda təşkil olunacaq.