Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda yarışlar baş tutub.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda halqa ilə fərdi çıxışlarda medalçılar bəlli olub. İsrail təmsilçisi Linoy Aşram 27.150 xal toplayaraq birinci yeri tutub. Rusiya gimnastı Lala Kramarenko 26.850 xalla gümüş, Belarus idmançısı Alina Xarnasko isə 26.600 xalla bürünc medal qazanıb.
Qeyd edək ki, Lala Kramarenko futbol üzrə Azərbaycan millisinin və Rusiyanın MOİK komandasının qapçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.