Paraatletimiz Yuliya Yanovskaya Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, T13 kateqoriyasında iştirak edən idmançı 400 metr qaçış növündə 58.29 saniyə nəticəyə malik olub.

İdmançımız Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb.

Qeyd edək ki, bu, millimizin turnirdə 4-cü qızıl medalıdır.