Azərbaycan ağır atletika ailəsinə itki üz verib.
Offsideplus.az xəbər verir ki, 81 yaşlı tanınmış mütəxəssis Mirzə Hüseynov dünyasını dəyişib.
18 mart 1939-cu ildə Bakı şəhərində anadan olan Hüseynov Mirzə İbrahim oğlu 1952-ci ildə “Dinamo” İdman Cəmiyyətində, idmanın müxtəlif növləri üzrə məşqlərə başlayıb. Xüsusən ağırlıqqaldırma növündə fərqlənərək idman ustası səviyyəsinə qədər yüksəlib. Fəal idmançı kimi o, 1967-ci ilə qədər dəfələrlə Azərbaycanın və “Dinamo” İC-nin Ümumittifaq Mərkəzi Şurasının çempionu və rekordçusu olub. Azərbaycan yığma komandasının tərkibində 3 dəfə (1956, 1959 və 1963-cü illərdə) SSRİ Xalqlarının Spartakiadalarında Respublikanın idman şərəfini qoruyub.