Karantin qaydalarını pozduğu üçün həbs edilən idmançı, fitness məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.
Offsideplus.az xəbər verir ki, K.Zeynallı 10 sutka inzibati həbs cəzasını başa vurduğu üçün sərbəst buraxılıb.
O, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilib.