Beynəlxalq Gimnastika Federasiyası COVİD-19 epidemiyası səbəbindən Bakıda ləğv edilən idman gimnastikası üzrə dünya kuboku ilə bağlı qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, təşkilatın icra komitəsinin videokonfrans vasitəsilə keçirilmiş iclasında kubokun martın 12-13-də baş tutmuş təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qeydə alınması qəbul edilib.
Bu qərardan sonra Azərbaycan gimnastı Marina Nekrasova dayaqla tullanma yarışlarında bürünc medala layiq görülüb.