Azərrbaycan atleti Nazim Babayev Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Offsideplus.az xəbər verir ki, üçtəkanla tullanma növündə çıxış edən 23 yaşlı idmançı buna Fransanın Lyeven şəhərində keçirilən Qış Dünya Turunun yarışında nail olub. O, 17,15 metr nəticə ilə gümüş medal qazanıb və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib.

Qeyd edək ki, Yaponiyanın paytaxtı nda keçirilən Olimpiada 24 iyul - 9 avqustda baş tutacaq.