Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 116 final mərhələsinin ilk oyunlarına start verilib.
Offsideplus.az xəbər verir ki, yarışda mübarizəni davam etdirən yeganə şahmatçımız Nicat Abasov 116 finalda FIDE adından çıxış edən Pyotr Svidlerə rəqib olub.
Tərəflər debütdə vəzir qambiti seçiblər. Nicat Abasov növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. Təmsilçimiz Pyotr Svidlerin oynadığı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb. Yekunda partiya 37-ci gedişdə şahmatçıların heç-heçəyə razılaşması ilə başa çatıb.
Qeyd edək ki, cavab görüşü sabah keçiriləcək.